Cari çempionata uğursuz start götürən "Sabah"da baş məşqçi dəyişikliyi olacağı gözlənilir. Sport24.az-ın əldə etdiyi məlumata görə, artıq namizəd də müəyyənləşib.
Bu, "Zirə"nin sabiq baş məşqçisi Adil Şükürovdu. "Sabah"ın uğursuz çıxışı davam edəcəyi təqdirdə bu posta ən real namizəd məhz adıçəkilən mütəxəssisdi.
44 yaşlı Şükürov PRO kateqoriyalı məşqçidi və "Zirə"nin Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşərəl ona debüt mövsümündə - 2015/16-da gümüş medal qazandırıb. O, bir müddətdi "Turan Tovuz"un Futbol Akademiyasında koordinator vəzifəsində çalışır.
Xatırladaq ki, Ramin Quliyevin baş məşqçisi olduğu "Sabah"ın ilk 6 turdan hesabında cəmi 1 xal var.