"AFFA-kı son seçkilərdən sonra təbii ki, bəzi dəyişikliklər qaçılmazdı. Amma konkret hansı yeniliklərin olacağını indidən demək çətindi". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov bildirib.

 

Beynəlxalq dərəcəli veteran hakim yeni rəhbərliyin zamana ehtiyacı olduğunu da vurğulayıb: "Futbolda yeni təyinatla dərhal nəticə qazanılmır. Necə ki, baş məşqçiyə uğur qazanması üçün müəyyən vaxta ehtiyacı var. Odur ki, gəlin yeni AFFA rəhbərliyinə də zaman tanıyaq. Ən azı 1 ildən sonda daha dəqiqə deyə bilərik ki, Rövşən Nəcəfin rəhbərliyi altında ölkə futbolu hnsı səmtə istiqamət götürüb. Yaşayaq, səbr edək və gözləyək".

 

Qeyd edək ki, dünən keçilən Hesabat-Seçki Konfransında Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.



ABDULLA İSMAYILOĞLU