"Komanda olaraq, 3-cü dəfə idi ki, Çempionlar Liqasında çıxış edirdik". Sport24.az xəbər verir ki, bunu "Birbaşa Bakı"nın futbolçusu Rizvan Fərzəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.
O, minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Birbaşa Bakı"nın kçempionluğunu şərh edib:
"Əziyyətimiz yerdə qalmadı. Bunun üçün çox sevinirik. Bizə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk. Oyunlar zamanı da həmyerlilərimizin bizə dəstək olması çox böyük motivasiya verirdi. Bizə olan güvəni doğrultduq. İnanıram ki, bu uğurun davamını gətirəcəyik".