AFFA-nın layihiəsi olan Region Liqasında Cənub zonasının lideri "Xan Lənkəran" qış hazırlığının növbəti mərhələsini ölkə xaricində keçirəcək. Klubun mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, Türkiyənin Antalya şəhərində təim-məşq toplanışı keçmək üçün bu gecə səfərə çıxacaqlar.

Komandanın türkiyəli yeni baş məşqçisi İbrahim Uzunca öz Vətəninə 23 futbolçu aparır. Hazırlıq mərhələsi 10 günlük nəzərdə tutulub və lənkəranlılar fevralın 4-də Vətənə dönəcək.

Cənublular Antalyada 2 yoxlama matçı keçirəcək. Tarixlər yanvarın 29-u və fevralın 1-nə nəzərdə tutulsa da, rəqiblər hələ bilinmir. Bu, yerində dəqiqləşəcək. 

Onu da bildirək ki, Region Liqası təmsilçilərindən hələ ki Azərbaycandan kənara hazırlığa çıxan olmamışdı.