"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində sabah "Ayntraxt"a qarşı keçirəcəkləri  oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis Almaniya klubu ilə qarşılaşmanın vacibliyini də qeyd edib: "Qarabağ" sabahkı oyun çox vacibdir".