"Qəbələ" Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə səfərdə keçiriləcək ilk oyununun hazırlıq prosesini başa vurub. Sport24.az xəbər verir ki, iki futbolçu komandanın məşqində iştirak etməyib.

 

Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçirlər.

 

Qeyd edək ki, bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" – "Qəbələ" qarşılaşması saat 19:00-da başlayacaq.