"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar fasilədə Bakıda hazırlaşacaq. Komandanın baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a açıqlamasında yoxlama oyunları da keçirəcəklərini söyləyib: "Martın 22-də yığışırıq. Bundan 3 gün sonraya "Neftçi" ilə sınaq matçı danışmışıq. Görüş Bakı Olimpiya stadionunun ehtiyat meydançasında olacaq. Başlanma saatı hələ dəqiqləşməyib".

Bu yerdə bildirək ki, "Qəbələ" paytaxda məşqlərini həmin arenanın ehtiyat meydançasında edir. Elmar Baxşıyevin komandası fasilədən sonra start götürəcək dördüncü dövrədə ilk turda "Sabah"ın qonağı olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV