"Qəbələ" Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.

 

"Qırmızı-qaralar" doğma meydanda ordu klubunu 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

 

Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçisi oıduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.