Premyer Liqanın XXXIV turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Qarabağ"ı qəbul edəcək.

 

Ağdam təmsilçisi çempionatın sonuna 8 tur qalmış çempionluğu rəsmiləşdirdiyindən Zirədəki matç Qurban Qurbanovun komandası üçün formal xarakter daşıyır. "Zirə" üçün isə əksinə, bu matçın böyük önəmi var. Avrokuboklara yollanmaq üçün mübarizə aparan "qartallar" xal itirməmək məcburiyyətindədi. 

 

Qeyd edək ki, turun  digər 2 qarşılaşması - "Sumqayıt" - "Səbail" və "Qəbələ" - "Sabah" oyunu sabah keçiriləcək. 

19:30. "Zirə" - "Qarabağ" 0:1 (Birinci hissə)

Qol: Juninyo, 34

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə. İdman Kompleksinin stadionu

"Zirə": 41. Anar Nəzirov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 95. Çerkez Hüseynov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

"Qarabağ": 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 6. Julio Romao, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov