"Football Meets Data" klubların UEFA Çempionlar Liqasının əsas mərhələsindəki şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, reytinqdə "Qarabağ"ın ilk "8-lik"də yer almaq ehtimalı 0,1, ilk "24-lüy"ə düşmək şansı isə 9 faiz göstərilib.

 

Yalnız "Kayrat"ın şansları təmsilçimizdən aşağı dəyərləndirilib. İlk "8-lik"də yer almaq ehtimalı olmayan Qazaxıstan təmsilçisinin ilk "24-lüy"ə düşmək şansı isə 0,3 faizdir.

 

Qeyd edək ki, liqa mərhələsində ilk 8-liyə düşmək ehtimalı ən yüksək - 74 faiz qiymətləndirilən komanda "Arsenal"dır.