Misli Premyer Liqasının XXXI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymət 3, 7 və 15 manat aralığındadır. 

 

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. 

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 19 aprel tarixində, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.