"Qarabağ"ın U-15 komandası Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior World Cup" turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, turnirdə 24 komanda mübarizə aparacaq.
Artıq qrupların tərkibi və oyunların təqvimi də dəqiqləşib. Rauf Əliyevin yetirmələri B qrupunda yer alacaqlar.
Aprelin 17-də "Titanic Football Center"də keçiriləcək qrup mərhələsində Ağdam klubu 3 matça çıxacaq. "Qarabağ" Bakı vaxtı ilə saat 10:00-da "Fulhem", 15:00-da "Qaziemir Gündoğan" və 19:00-da "Muratlı Yıldızspor"la görüşəcək.
"Qarabağ" səfərə 18 futbolçu ilə yollanacaq. Heyətdə Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov, Tunar Əsgərzadə yer alıblar.
Qeyd edək ki, "Qarabağ" və "Fulhem"lə yanaşı, daha bir neçə məşhur klub yarışa qatılacaq. Onlar arasında "Ştutqart" (Almaniya), "Rayo Valyekano" (İspaniya), "Srvena Zvezda" (Serbiya), "Lex" (Polşa), "Aspire Akademi" (Qətər), "Dinamo" (Tbilisi, Gürcüstan) klubları yer alıb.