"Derbi barədə çox fikir bildirməyə ehtiyac yoxdur. "Qarabağ" açıq-aşkar favoritdir". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

Sultanov həftəsonu keçiriləcək "Qarabağ" - "Neftçi" oyunundan gözləntilərini açıqlayıb:

"Favoritin adı bəlli olsa da, "Qarabağ" - "Neftçi" qarşılaşması daim gərgin mübarizə şəraitində keçir. Maraqlı oyunun şahidi olmaq istəyirəm. "Qarabağ" istənilən halda çempion olacaq. Ümid edirəm, oyunun afişasına uyğun qarşılama izləyəcəyik. Azarkeşlərimizi derbiyə baxmağa stadiona dəvət edirəm".

 

Qeyd edə ki, "Qarabağ" - "Neftçi" oyunu aprelin 19-u, saat 20:00-da başlayacaq.