"Brayton"un hücumçusu Jorjinyo Rütter karyerasını "Çelsi"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, London klubu yay transfer dönəmində futbolçunu heyətinə qatmaq niyyətindədir.

 

Bu barədə insayder Patrik Berger məlumat yayıb.

 

Rütter bu mövsüm 34 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.