"Sumqayıt" 2025/26 mövsümü üçün heyət çalışmalarına start verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Kimyaçılar" yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.

 

Qeyd edək ki, 2023/24 mövsümündən "Sumqayıt"da çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 qolun ötürməsi ilə yadda qalıb.