Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların yekun tarixi dəqiqləşib. Basketbol Federasiyasından verilən məlumata görə, həlledici mərhələdə yığmamız Komandamız B qrupunda sentyabrın 13-də, saat 11:25-də Kanada, 13:25-də Niderland U25 və 16:55-də "Rapid Buxarest"lə üz-üzə gələcək.

 

Qeyd edək ki, yığmamızın ilk dəfə qatılacağı Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13-14-də Şanxayda olacaq.