Bu gün Azərbaycan 1-ci liqasında 1-ci tur davam edir. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Şəfa" "Şimal"a qalib gəlib. "Mingəçevir" isə "Səbail"ə uduzub.
Qeyd edək ki, 1-ci liqada yeni mövsüm ötən gün oynanılan 2 görüşlə başlayıb. "Şahdağ Qusar" MOİK-i, "Zaqatala" isə "Cəbrayıl"ı üstələyib. Tura sabah keçiriləcək "Baku Sportinq" – "Difai" oyunu ilə yekun vurulacaq.
12 sentyabr (cümə)
16:30. "Şəfa" – "Şimal" - 2:0
Qollar: Emin Zamanov, 23 - pen; Elnur Cəfərov, 51
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov
Binə qəsəbə stadionu
19:00. "Səbail" – "Mingəçevir" - 2:0
Qollar: Afonso Almeyda, 36; Emil Qasımov, 61
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov
"ASCO Arena"