Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov idmançı karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rafiq Hüseynov bundan sonra federasiyada yunan-Roma güləşi üzrə koordinatoru vəzifəsini yerinə yetirəcək.