Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma və qız güləşçiləri Estoniyanın Rakvere şəhərində keçirilmiş beynəlxalq turnirdə 7 medal qazanıblar. Bu barədə Sport24.az Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
3 yaş qrupu üzrə təşkil edilən yarışda 19 ölkədən 500-ə yaxın idmançı iştirak edib. Milli komandanın məşqçiləri Turac Hüseynli və Taleh Məmmədovun rəhbərliyi altında turnirdə çıxış edən yunan-Roma güləşçilərimizdən yeddisi fəxri kürsüyə qalxıb.
U-13 yaş qrupunda Məhərrəmli Bakir (35 kq) gümüş medal qazanıb. U-15 yaş qrupunda Elmir Çərkəzov (62 kq) və İsfahan Həsənov (85 kq) gümüş, Hüseyn Mustafazadə (52 kq) isə bürünc medalı boynundan asıb. U-17 yaş qrupunda isə Nihat Tağıyev (65 kq) çempion olub, Abdurrahman Hüseynli (51 kq) ilə Mehdi Əsgərli (60 kq) üçüncü yeri tutub.