"Quba" daha bir legioner basketbolçunun transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bölgə təmsilçisi 1998-ci il təvəllüdlü Alonzo Range Jr ilə anlaşıb. Hücumçu daha əvvəl "Kanzas Vesleyan Universiteti"nin komandasında çıxış edib.

 

"Quba"ya gələnə qədər isə "BC New Basket" (Kosovo), "Andes Basquet Club" (Ekvador) komandalarının formasını geyinib.

 

Basketbolçunun artıq Bakıda olduğu və sabahdan mövsümöncəsi toplanışa qoşulacağı bildirilib.