Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların tarixi dəqiqləşib. Basketbol Federasiyasından verilən məlumata görə, həlledici mərhələdə yığmamızla yanaşı, Niderland, Kanada, "Rapid", İspaniya, "Ulaanbaatar Amazons", Latviya və "Şanxay Redvinqs" komandaları iştirak edəcək.

 

Komandamız B qrupunda sentyabrın 13-də, saat 11:25-də Kanada, 13:25-də Latviya və 16:55-də "Rapid"lə üz-üzə gələcək.

 

Qeyd edək ki, yığmamızın ilk dəfə qatılacağı Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13-14-də Şanxayda olacaq.