20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Azər Əzimovun yeni klubu dəqiqləşib. Sport24.az xəbər verir ki, o, "Lənkəran"la anlaşıb.

 

Əzimov mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək.

 

Basketbolçu daha əvvəl "Sərhədçi" və "Gəncə" klublarında çıxış edib.

 

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Raşed Dison və Teron Montqomerinin transferlərini həyata keçirib.