"Beşiktaş" transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, "qara qartallar" "Sent-Etyen"in vingeri Zuriko Davitaşvilinin keçidini həll edə bilməyib.

 

"Beşiktaş" gürcünü transfer etmək üçün 10 milyon avro ödəmək istəməyib. Fransa klubu isə gürcünü icarəyə verməyə razı olmayıb.

 

Zurikonun "Sent-Etyen"lə müqavilə müddəti 20289-cu il iyunun 30-na qədərdir. O, "Dinamo"(Tbilisi), "Lokomotiv"(Tbilisi), "Rubin", "Rotor", "Arsenal"(Tula), "Bordo" klublarında oynayıb.