"İlk oyunlar həmişə çox çətin olur". Bu sözləri Sport24.az-a açıqlamasında II Liqada çıxış edən "Xankəndi"nin kapitanı Nodar Məmmədov deyib.

Təcrübəli futbolçu I turda "Dinamo"nu dörd cavabsız qolla məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Birinci hissədə çox əziyyət çəkdik. Komandanın kimliyindən asılı olmayaraq ilk matçlar ağır keçir. Həyacan da var idi. Ancaq ikinci hissədə toparlana bildik".

O, baş məşqçinin onlara fasilədə bəzi tapşırıqlar verdiyini söyləyib:

"Məşqçilər söylədilər ki, fürsətlərdən istifadə etmək lazımdır. Dedilər ki, belə oynamaq olmz. Oyunçular da sağ olsunlar. Öz sözlərini dedilər".

Məmmədov II Liqada hədəflərinin çempionluq olduğunu sözlərinə əlavə edib: "Bizim komandanın adı var. İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".