Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb. Sport24.az yığma 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib. 

 

Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.