Portuqaliyalı mütəxəssis Fernandu Santuş Azərbaycan milli komandasının baş məşqçi postundan ayrılmasına münasibət bildirib. Sport24.az "SIC Noticias" nəşrinə istinadən xəbər verir ki, Santuş 2024-cü ildə milli üçün hazırladığı plandan da bəhs edib:

 

"Mənə həmişə göstərdiyi hörmət və diqqətə görə AFFA prezidentinə təşəkkür etməyə bilmərəm. Bu müddət ərzində mənə göstərdikləri qonaqpərvərliyə və sevgiyə görə Azərbaycan xalqına da təşəkkür edirəm. 2024-cü ilin sentyabrında mən lazımi düzəlişlərlə əhatəli plan təqdim etdim. Bu plan əvvəlki işlərimdə hazırladığım digər planlara bənzəyir. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq və gələcəkdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək, yeni istedadların yaradılması və inkişafı üçün lazımi sərmayələr üçün stimul rolunu oynayacaq. Hər kəsə uğurlar arzulayıram".