"Ukrayna yığması sabahkı matça qələbə qazanmaq üçün çıxacaq". Sport24.az xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko deyib.
O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Matça ciddi hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaq olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bizi maraqlı oyun gözləyir".
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. (Report)