NTD klubu ABŞ-dən olan basketbolçu ilə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.  

 

Ladarius Marşall ilə 1 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçu daha əvvəl ABŞ-nin "Locked In Elite" klubunun şərəfini qoruyub.

 

O, 2024/2025 mövsümündə  Qazaxıstan təmsilçisi "Kaspi"nin (Aktau) formasını geyinib.