Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev istefa verib. Sport24.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol Federasiyası məlumat yayıb.
Mütəxəssis açıqlamasında baş məşqçi dəyişikliyinin komanda ətrafında gərginliyi azaldacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Bolqarıstan yığması DÇ-2026-nın seçmə mərhələsində İspaniya və Gürcüstana məğlub olub. İliyev 2023-cü ildən bu postda idi.