Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində 2-ci turun matçına çıxıb. Sport24.az xəbər verir ki, B qrupunda yarışan komandamız Bolqarıstan komandasını qəbul edib. Mərdəkan qəsəbəsi stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu gün əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün Bolqarıstanla matçda U-21-ə onun köməkçisi Elnur Çodarov rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycan U-21 yığması seçmə mərhələdə ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Bolqarıstan isə Cəbəllütariqə qalib gəlib - 3:0.
18:00. Azərbaycan - Bolqarıstan - 1:1
Qollar: Emin Rüstəmov, 41 - Nikola İlyev, 44
Baş hakim: Florian Lata (Albaniya)
Mərdəkan stadionu