Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

06.09.2025-ci il tarixində II Liqada I turun "Quba" – "Qaradağ Lökbatan" oyununda "Quba" klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün "Quba" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

06.09.2025-ci il tarixində II Liqada I turun "Göygöl" – "Araz Saatlı" oyununda "Göygöl" klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Göygöl" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

06.09.2025-ci il tarixində II Liqada I turun "Göygöl" – "Araz Saatlı" oyununda oyun günü planı pozulduğuna görə (himnlər səsləndirilməyib) "Göygöl" komandası 200 manat cərimə edilsin (maddə 61.1);

 

06.09.2025-ci il tarixində II Liqada I turun "Göygöl" – "Araz Saatlı" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Göygöl" komandası 200 manat cərimə edilsin (maddə 57.2);

 

06.09.2025-ci il tarixində II Liqada I turun "Göygöl" – "Araz Saatlı" oyununda "Araz Saatlı" klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Araz Saatlı" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

06.09.2025-ci il tarixində II Liqada I turun "Şirvan" – "Şəmkir" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Şirvan" komandası 250 manat cərimə edilsin (maddə 86.3);

 

07.09.2025-ci il tarixində II Liqada I turun "Ağstafa Gəncləri" – "Sheki City" oyununun fasiləsində və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Ağstafa Gəncləri" komandası 250 manat cərimə edilsin (maddə 86.3);

 

07.09.2025-ci il tarixində II Liqada I turun "Kür-Araz" – "Ağdaş" oyununda "Kür-Araz" klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

07.09.2025-ci il tarixində II Liqada I turun "Kür-Araz" – "Ağdaş" oyununun 64-cü dəqiqəsində "Kür-Araz" klubunun 99 nömrəli futbolçusu Əzəmət Museyibov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Kür-Araz" komandası 100 manat cərimə edilsin (maddə 46);
 

07.09.2025-ci il tarixində II Liqada I turun "Kür-Araz" – "Ağdaş" oyununda "Kür-Araz" klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə "Kür-Araz" komandası 150 manat cərimə edilsin (maddə 84.1);

 

07.09.2025-ci il tarixində II Liqada I turun "Kür-Araz" – "Ağdaş" oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə "Kür-Araz" komandası 200 manat cərimə edilsin (maddə 57.2).

 

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər