Tomas Tuxel İngiltərə milli komandasının tarixinə düşüb. Sport24.az xəbər verir ki, alman mütəxəssis buna DÇ-2026-nın seçmə mərhələsinin Serbiya ilə matçından (5:0) sonra nail olub.
İngiltərə yığması Tuxelin rəhbərliyi altında keçirdiyi ilk 5 rəsmi matçda qol buraxmadan qalib gəlib. İndiyədən heç bir baş məşqçi bunu bacarmayıb.
Qeyd edək ki, Tomas Tuxel bu ilin yanvar ayında millisinin baş məşqçisi təyin olunub.