"Fənərbaxça"nın sabiq futbolçusu Alper Potuk karyerasını Türkiyə I Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, 34 yaşlı vinger "Ankara Keçiörengücü" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü paytaxt təmsilçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Alper Potukun son klubu Şimali Makedoniyada "Qostivar" olub.