"Mançester Siti"nin heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hüücumçusu Omar Marmuş sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı forvard Misir milli komandasının heyətində dizindən zədələnib. Ulduz futbolçu Premyer Liqada "Mançester Yunayted"lə matçda oynamayacaq.

 

Mançester derbisi 14 sentyabr tarixində baş tutacaq.

 

Qeyd edək ki, Omar Marmuş bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.