"Sportinq"in müdafiəçisi Zeno Debast karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" belçikalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim Debastın oyununu bəyənir. Premyer Liqa nəhəngi 21 yaşlı mərkəz müdafiəçisini qışda transfer etməyi planlaşdırır.
Qeyd edək ki, "Sportinq" Zeno Debastı ötən ilin yayında "Anderlext"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.