Kanadalı basketbolçu Ankit Çoudhari karyerasını Azərbaycanda davam etdirəcək. Sport24.az xəbər verir ki, 24 yaşlı oyunçu "Lənkəran"la müqavilə bağlayıb.

 

Müdafiəçi daha əvvəl ölkəsində "Brampton Honeybadgers" komandasında oynayıb.

 

Qeyd edək ki, "Lənkəran" bunadək Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery və Nmeso Nne Bedumu heyətinə cəlb edib.