Fransa millisi və PSJ-nin futbolçusu Usman Dembele dünyanın ən yaxşı oyunçusu mükafatını almaq ehtimalı haqda danışıb. Sport24.az xəbər verir ki, vinger jurnalistin "Çempionlar Liqası və Qızıl top?" – sualını belə cavablandırıb:
"Çempionlar Liqasını qazanmaqdan hələ çox uzaqdayıq, amma məni motivasiya edən ortaq çempionluqdur. Komandamızın tarixində ilk Çempionlar Liqası kubokunu qazanmaq istəyirik və bu hədəfə doğru addım-addım irəliləyəcəyik".
Dembele bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, 32 qol vurub, 10 məhsuldar ötürmə edib və Fransa çempionu olub.