Bu gün Azərbaycan millisi futzal üzrə Avro-2026-nın əsas mərhələsində son oyununa çıxıb. Sport24.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçiriləcək oyun millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşü Kiprdən olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, 5-ci qrupda Xorvatiya sonra 18 xalla liderdir. Yunanıstan və İsveç 7 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Azərbaycan isə 2 xalla sonuncu - 4-cüdür.
Yığmamız bunadək İsveçlə görüşlərdə 1 dəfə uduzub (3:4), 1 dəfə heç-heçə edib (3:3), Yunanıstanla matçlarda da 1 dəfə məğlub olub (2:3), 1 dəfə heç-heçə edib (2:2).
20:00. Azərbaycan – Xorvatiya - 1:4
Qollar: O. Rüstəmli, 22 – D. Mataja, 6, 12; J. Jurlina, 9; N. Qudasiç, 32
Bakı İdman Sarayı