"Beşiktaş"ı mövsümün sonunda tərk edəcək futbolçulardan biri məlumdur. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi Ciro İmmobile ilə yollarını ayıracaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş" rəhbərliyi artıq italiyalı hücumçu ilə müqavilənin ləğv olunması barədə danışıqlara başlayıb.
İmmobilenin meneceri ona Səudiyyə Ərəbistanında klub tapmağa çalışır. 35 yaşlı forvarda İtaliyadan da maraq var. Futbolçu mövsüm bitdikdən sonra gələcəyi ilə bağlı yekun qərar verəcək.
Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni mövsümün əvvəlində "Latsio"dan transfer edib. İtaliya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.