II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Lerik" futbol klubunun üzvü Rəvan Quluzadə mükafatlandırılıb. Sport24.az xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXI turun "Lerik" – "Dinamo" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.