"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan çempionu Gürcüstan "Dila"sında çıxış edən Abubakar Konte ilə maraqlanır.

 

24 yaşlı sol cinah vingeri Ağdam təmsilçisinin diqqət mərkəzindədir. "Köhlən atlar"ın Malidən olan oyunçu üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

 

"Araz-Naxçıvan" və Norveçin "Tromso" klubları da oyunçunu heyətinə qatmaq istəyir.

 

Qeyd edək ki, Abubakar Konte 2024-cü ildən Gürcüstan təmsilçisində çıxış edir.