Bu gün "Qarabağ"ın UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş rejimi dəyişdiriləcək. Sport24.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".