"Şəfa" klubu növbəti futbolçu transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

 

Fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə "2+1" illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu son olaraq Belçikanın "Akren-Lessin" klubunda çıxış edib.

 

O, ölkəsində isə "Olimpik Markkua" və "Krua" komandalarının formasını geyinib.