"Nyukasl" "Brayton"un yarımmüdafiəçisi Karlos Baleba ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İngiltərə klubu yarımmüdafiə xəttini gücləndirmək üçün kamerunlu oyunçunu nəzərdən keçirir. Baş məşqçi Matias Yaysle 22 yaşlı futbolçunun oyununu bəyənir.
Qeyd edək ki, Balebanın hazırda zədəli olması səbəbindən tərəflər arasında konkret danışıqlar aparılmır.