"Arsenal"ın hücumçusu Qabriel Jesus karyerasını Türkiyədə davam etdirə bilərdi. Son günlərdə adı açıqlanmayan Superliqanın iki klubu 29 yaşlı futbolçu ilə maraqlandığını bildirsə də, braziliyalı futbolçu bundan imtina edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında məlumat yayıb.

 

Bir müddət əvvəl "Napoli" ilə müqavilə imzalayacağı bildirilirdi. 

 

"Arsenal" braziliyalı futbolçunu başqa bir kluba satmağı və onun transferindən ən azı 20 milyon funt sterlinq qazanmağı planlaşdırır. "Yuventus" da hücumçu ilə maraqlanır.

 

Qeyd edək ki, Qabriel ötən mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.