"Milan"ın və Gürcüstan millisinin keçmiş müdafiəçisi Kaxa Kaladze PSJ-nin hücumçusu Xviça Kvaratsxelianın bu il "Qızıl top" mükafatını qazanmaq şanslarını qiymətləndirib. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "yutub" platformasında yayımlanan "Comment.Show" verilişində danışıb.

 

Aparıcının "Qızıl top"u kim qazanmalıdır, hazırda aktual mövzudur. Sizcə, Xviça ən yüksək fərdi mükafatı qazana bilərmi" sualına Kaladze belə cavab verib:

 

"Düşünürəm ki, onun şansı var. Sadəcə, qiymətləndirmə zamanı hamı milli komandanı nəzərə alır. Təbii ki, onun şansı var. Təəssüf ki, dünya çempionatında oynaya bilmədik. Əgər Gürcüstan millisi mundiala qatılsaydı şanslarımız daha da böyük olardı. O, yaxşı mövsüm keçirdi. PSJ-nin ən yaxşı oyunçularından biri idi, ona görə də şübhəsiz ki, şans var". 

 

Qeyd edək ki, mükafatın son qalibi PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembeledir.