"Mançester Yunayted"in baş məşqçisi Maykl Karrik Markus Reşfordun komandada qalmaq ehtimalına işarə edib. Sport24.az xəbər verir ki, ingiltərəli mütəxəssis bu barədə "ITV Sport"a açıqlamasında danışıb.
Karrik bildirib ki, Reşford komandaya qayıtdıqdan sonra yaxşı əhval-ruhiyyədədir:
"Reşford bizim futbolçumuzdur. Uzun müddətdir onu tanıyıram. O, bizə bir qədər fərqli xüsusiyyətlər qazandırır. Qayıtdığı gündən əhvalı çox yaxşıdır. Artıq 2-3 gündür bizimlədir".
Bu açıqlama ingilis hücumçunun "Mançester Yunayted"də gələcəyinin hələ də mümkün olduğunu göstərir.