"Seltik" "Çelsi"nin 18 yaşlı müdafiəçisi Landon Emenalo ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Şotlandiya çempionu Kiran Tirninin mövqeyinə alternativ yaratmaq üçün Emenalonu icarəyə götürməyi nəzərdən keçirir.

Emenalo çərşənbə günü Qlazqoda olub, "Seltik Park" və "Lennohtoun"dakı məşq bazasına baxıb və klub rəsmiləri ilə danışıqlar aparıb. "Seltik" bu mövqeyə futbolçunu yalnız icarə ilə deyil, birdəfəlik transferlə də heyətinə qatmaq variantını istisna etmir.

Qeyd edək ki, "Seltik" Tirni ilə mövqedə rəqabət yarada biləcək daha bir sol cinah müdafiəçisi axtarır.