"Çelsi" yay transfer pəncərəsinin son günlərində bir sıra futbolçusu ilə yolları ayırmağa hazırlaşır. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, London klubu bu yay oyunçu satışından artıq 160 milyon funt-sterlinq qazanıb. Heyətdə 40-dan çox futbolçu olduğu üçün daha bir neçə ayrılıq gözlənilir.

Benedikt Badişil və Aksel Disasinin komandadan ayrılması gündəmdədir. "Napoli" Badişili 20 milyon funt-sterlinq qarşılığında icarəyə götürmək istəyir, "Çelsi" isə onun üçün 30 milyon tələb edir. Disasi üçün isə ən azı 25 milyon funt-sterlinq istəyilir.

Malo Qustonun satılacağı ilə bağlı xəbərlər yayılsa da, klub fransalı müdafiəçini satmaq niyyətində deyil. Onun qiyməti 75 milyon funt-sterlinq müəyyənləşdirilib.

Hücum xəttində Nikolas Cekson, Liam Delap və Mark Giunun gələcəyi sual altındadır. Ceksonla "Aston Villa" maraqlanır və "Çelsi" onun üçün 65 milyon funt-sterlinq tələb edir. Delap 50, Giu isə 25 milyon funt-sterlinqə satıla bilər.

Enso Fernandes də diqqət mərkəzindədir. "Mançester Siti"nin argentinalı yarımmüdafiəçiyə maraq göstərdiyi bildirilir. "Çelsi" onun üçün 120 milyon funt-sterlinq tələb edir və futbolçunu bundan ucuz satmaq niyyətində deyil.