Renat Dadaşovun "Neftçi"yə keçidi baş tutmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar aparılsa da, son anda "ağ-qaralar" transferdən imtina edib.
Mənbənin sözlərinə əsasən, Azərbaycan millisinin də formasını geyinən forvardın irəli sürdüyü maliyyə şərtləri paytaxt təmsilçisini qane etməyib və bu üzdən keçid alınmayıb.
Qeyd edək ki, Dadaşovun son klubu Polşa təmsilçisi "Motor" olub.